• çərşənbə axşamı, 19 mart, 12:06
  • Baku Bakı 8°C

Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 93 milyon dollara çatıb

16.06.19 14:44 466
Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 93 milyon dollara çatıb
Bu ilin yanvar-may aylarında Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 93 milyon ABŞ dollarına çatıb.
Bu barədəAZƏRTAC-a Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, hesabat dövründə Belarusdan ölkəmizə idxalın dəyəri 83,7 milyon dollar, Azərbaycandan bu ölkəyə ixracın həcmi isə 9,2 milyon dollar olub.
Ötən il Azərbaycanla Belarus arasında ticarət dövriyyəsinin həcmi 204 milyon dollar təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən təxminən 56 milyon dollar çoxdur.

banner

Oxşar Xəbərlər