• cümə, 26 Aprel, 22:20
  • Baku Bakı 22°C

Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu keçirilir

25.05.13 10:38 2029
Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu keçirilir
Qəbələdə Azərbaycan-Gürcüstan-Türkiyə biznes-forumu başlayıb.
APA-nın məlumatına görə “Qafqaz Resorte” hotelində keçirilən forumu Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev açıq elan edib.
O, ölkələr arasındakı iqtisadi əlaqələrdən, forumun əhəmiyyətindən danışıb. Nazir qeyd edib ki, hər 3 ölkə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır, regionun əhəmiyyəti durmadan artır və Azərbaycan-Türkiyə-Gürcüstan regional əməkdaşlığı dünyada bir örnəkdir.
Forumda Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili, Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Halil Akınçı, eləcə də iqtisadiyyatın müxtəlif sahələri üzrə 250-dən çox iş adamı iştirak edir. Biznes-forumda iqtisadi əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilir.
Tədbir çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstan iqtisadiyyatına, bu ölkələrin biznes və investisiya imkanlarına dair təqdimatların keçirilməsi, iş adamları arasında ikitərəfli görüşlərin təşkili nəzərdə tutulur.
Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli formatda biznes forum bundan əvvəl Tiflis və Qars şəhərlərində keçirilib. Növbəti forumun isə Batumidə təşkil ediləcəyi bildirilib.
banner

Oxşar Xəbərlər