• cümə, 26 Aprel, 07:55
  • Baku Bakı 12°C

Azərbaycan gələcəkdə "Abşeron" və "AÇG" dərin yatağından qaz tədarük edəcək

30.12.20 17:49 422
Azərbaycan gələcəkdə "Abşeron" və "AÇG" dərin yatağından qaz tədarük edəcək

"Cənub Qaz Dəhlizi" əlavə gücə malikdir və bunu yeni kompressor stansiyaları əlavə etməklə daha da artırmaq olar.
Trend-in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Elşad Nəsirov deyib.
O bildirib ki, gələcəkdə Azərbaycan "Abşeron" yatağından, eləcə də "Azəri-Çıraq-Günəşli" (AÇG) dərin qaz yataqları blokundan qaz tədarük edə biləcək. "Abşeron" yatağında gələn il Fransanın "Total" şirkəti ilə birgə hasilatın başlanması planlaşdırılır.
E.Nəsirov əlavə edib ki, yeni qaz dəhlizinin potensialını tam işə salmaq üçün bu layihədə Mərkəzi Asiya və Şərqi Aralıq dənizi ölkələrinin iştirakı vacibdir:
"2018-ci ildə beş Xəzəryanı ölkə Xəzər dənizinin hüquqi statusu barədə konvensiyanı imzaladığı üçün dənizdə yeni boru kəmərlərinin tikintisi üçün heç bir maneə qalmayıb. Bu, həmin ölkələrdən qazın yeni dəhlizə qoşulmasına imkan verəcək".
banner

Oxşar Xəbərlər