• şənbə, 27 Aprel, 08:15
  • Baku Bakı 12°C

Azərbaycan - Çexiya əməkdaşlığnda prioritet istiqamət

06.01.18 20:43 789
Azərbaycan - Çexiya əməkdaşlığnda prioritet istiqamət
Azərbaycanla Çexiyanın uğurla əməkdaşlıq etdiyi enerji və kənd təsərrüfatı sahələri ilə yanaşı, ikitərəfli əməkdaşlığın prioritet istiqamətlərindən biri logistikadır.
Bunu Trend-ə Çexiyanın Azərbaycandakı səfirliyinin iqtisadiyyat və ticarət məsələləri üzrə katibi Yan Yindrix deyib.
Onun sözlərinə görə, Çexiya şirkətləri "Şimal-Cənub” dəmir yolu dəhlizinin tikintisində maraqlıdır: "Eyni zamanda, biz Ələt xüsusi iqtisadi zonasında əməkdaşlıq üçün böyük potensial görürük. Əminəm ki, bu xüsusi iqtisadi zonanın tam şəkildə işə başlaması ilə çexiyalı investorlar burada öz planlarını həyata keçirməyə başlayacaq”.
Qeyd edək ki, Azərbaycanla Çexiya arasında ticarət dövriyyəsi sürətlə artır. 2017-ci ilin yanvar-oktyabr aylarında bu rəqəm 2016-cı ilin eyni dövrü ilə müqayisədə 100 faizdən çox artaraq 924 milyon dollar təşkil edib.
Çexiya Azərbaycanın tərəfdaşları arasında ixracat üzrə yeddinci, idxalatda 15-ci yerdə qərarlaşıb.
banner

Oxşar Xəbərlər