AZE | RUS | ENG |

Azərbaycan ÜDM-də xarici borcun həcmini 17 faizədək azaldıb

Azərbaycan ÜDM-də xarici borcun həcmini 17 faizədək azaldıb
Bu günədək Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda 23 layihəyə 3,7 milyard dollar investisiya yerləşdirib.
Trend-in məlumatına görə, bunu Maliyyə naziri Samir Şərifov Bakıda keçirilən "Dövlət Borcunun İdarə Edilməsi üzrə Asiya Regional Forumu”nda deyib.
Nazir bildirib ki, Azərbaycan AİB-lə əməkdaşlığı yüksək qiymətləndirir.
Onun sözlərinə görə, Azərbaycan müxtəlif sahələrdə islahatlar aparır və dövlət borcunun idarə olunması bu islahatların bir hissəsidir. Bu sahədə keçirilən islahatlar artıq nəticə verməyə başlayıb:
"Biz hökumətin Ümumi Daxili Məhsulda xarici valyutada payını 17 faizədək azaltmışıq. Bu gün Azərbaycanın xarici valyutada nominal borcu ölkənin ümumi gəlirlərinin beşdə bir hissəsini təşkil edir”.
S.Şərifov əlavə edib ki, islahatların nəticəsi olaraq ölkədə makroiqtisadi mühit sabitləşib, iqtisadiyyat artım trayektoriyasına qayıdıb və qeyri-neft sektoru inkişaf edir.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9396
GEL 1 1 Gürcüstan larisi 0.6061
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1676
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1832
CHF 1 1 İsveçrə frankı 1.753
KWD 1 1 Küveyt dinarı 5.6058
TRY 1 1 Türkiyə lirəsi 0.2933