• cümə axşamı, 03 iyul, 12:20
  • Baku Bakı 26°C

Azərbaycan Dillər Universiteti Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min vəsait köçürüb

25.03.20 21:00 2605
Azərbaycan Dillər Universiteti Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min vəsait köçürüb
Azərbaycan Dillər Universiteti (ADU) koronavirus (COVID-19) pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması və vətəndaşlarımızın sağlamlığının qorunması naminə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səsləndirdiyi çağırışa qoşulub.
Universitetin İctimaiyyətlə əlaqələr və yaradıcılıq şöbəsindən Trend-ə verilən məlumata görə, ali təhsil ocağı Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min vəsait köçürüb.

Universitetdən bildirilib ki, bundan əlavə ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla rektor kimi bir illik əmək haqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.
banner

Oxşar Xəbərlər