AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan digər qaz tədarükçüləri ilə danışıqlarda İtaliyaya üstünlük verəcək

Azərbaycan digər qaz tədarükçüləri ilə danışıqlarda İtaliyaya üstünlük verəcək

İqtisadiyyat
23 Fevral 2020, 16:45 1464
Azərbaycan qazı İtaliya üçün enerji təhlükəsizliyi baxımından vacibdir.
Bunu Trend-ə OCP Siyasi Tədqiqatlar Mərkəzinin (Rabat, Mərakeş) və Fransa Beynəlxalq və Strateji Münasibətlər İnstitutunun (Paris, Fransa) baş elmi işçisi Frensis Perren deyib.
O qeyd edib ki, Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) Avropaya, o cümlədən İtaliyaya ilk dəfə olaraq Xəzər dənizi bölgəsindən, Azərbaycanın Şahdəniz yatağından qaz idxalına imkan verəcəkdir:
"İtaliya enerji təhlükəsizliyi baxımından vacib olan yeni bir qaz mənbəyinə qovuşacaq. Azərbaycan digər qaz tədarükçüləri ilə danışıqlarda İtaliyaya üstünlük verəcəkdir, çünki bir neçə rəqib təchizatçı varsa, idxal edən ölkə daha əlverişli şərtlər əldə edə bilər".
O qeyd edib ki, İtaliya qaz istehsalçısıdır, lakin ölkənin istehsalı azdır və azalmağa meyllidir:
"Bu ölkə böyük həcmdə qaz idxal edir və hər bir idxalçıya idxalı şaxələndirmək üçün yeni qaz tədarük mənbələri tapmaq çox vacibdir. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2019-cu ilin ilk 11 ayında İtaliyada təbii qaz istehsalı 10 faiz azaldı, qaz idxalı 2018-ci ilin eyni dövrü ilə müqayisədə təxminən 6 faiz artdı".
Perren deyib ki, İtaliya Avropa Birliyində (AB) Almaniya və Fransadan sonra (Böyük Britaniyanın çıxmasını nəzərə alaraq) üçüncü ən böyük iqtisadiyyata malikdir:
"İtaliya Aİ-də Almaniyadan sonra ikinci ən böyük qaz istehlakçısıdır. İtaliya qazının əsas tədarükçüləri Rusiya, Əlcəzair, Qətər və Liviyadır. Azərbaycan da tezliklə İtaliya tədarükçüləri siyahısına daxil olacaqdır".
Qeyd edək ki, TAP üzrə İtaliya ildə 8.8 milyard kubmetr qaz alacaq. Çatdırılmaların 2020-ci ilin sonunda başlayacağı gözlənilir. Yanvar ayının sonunda TAP layihəsi 92 faiz tamamlanıb.