• cümə, 26 Aprel, 12:50
  • Baku Bakı 23°C

Azərbaycan bugünədək EBRD-yə 2,3 mlrd. avro kredit qaytarıb

04.06.18 11:14 656
Azərbaycan bugünədək EBRD-yə 2,3 mlrd. avro kredit qaytarıb
Bu il mayın 1-nə Avropa Yenidənqurma və İnkişaf Bankının (European Bank of Reconstruction and Development (EBRD)) Azərbaycana 165 layihə üzrə ayırdığı kreditin ümumi məbləği 3,070 mlrd. avro təşkil edib.
"APA-Economics” xəbər verir ki, aprel ayının sonuna Azərbaycanın həmin kreditlər üzrə EBRD-yə ödənişlərinin həcmi 2,270 mlrd. avroya bərabər olub.
Ümumilikdə, bankın hazırda Azərbaycanda 48 aktiv layihə üzrə portfeli 1,429 mlrd. avrodur. Cari portfelin 49%-i və ya 707 mln. avroluq hissəsi enerji, 42%-i və ya 607 mln. avroluq hissəsi infrastruktur, 4,9%-i və ya 70 mln. avroluq hissəsi sənaye, kommersiya və aqrobiznes, 3,15%-i və ya 45 mln. avroluq hissəsi isə maliyyə institutlaşması üzrə təyin edilib.
Hesabat dövrünün sonuna EBRD-nin ölkə üzrə əməliyyat aktivlərinin məbləği isə 986 mln. avro təşkil edir.
Qeyd edək ki, Azərbaycan 1992-ci ildən EBRD-nin üzvüdür. Bankın Azərbaycana ayırdığı kreditlərdə özəl sektorun payı 26% təşkil edir.
banner

Oxşar Xəbərlər