AZE | RUS | ENG |

“Azərbaycan-Belarus münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir”

“Azərbaycan-Belarus münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir”
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Belarus xarici işlər naziri Vladimir Makey iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirib.
 
XİN-dən APA-ya bildirilib ki, Elmar Məmmədyarov məktubda həmkarı Vladimir Makeyi Azərbaycan Respublikası və Belarus Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə təbrik edib.
 
Bu ildönümünün ölkələrimiz üçün əlamətdar və həm də rəmzi xarakter daşıdığını qeyd edən nazir Elmar Məmmədyarov iki dövlətin liderlərinin müdrikliyi və səyləri sayəsində ölkələrimiz arasında sıx əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib.
 
Elmar Məmmədyarov məktubunda qarşılıqlı etimad, hörmət və dostluq prinsipləri üzərində qurulan çoxillik və məhsuldar Azərbaycan-Belarus əməkdaşlığının xoş ənənələrinin  müasir dövrdə ölkələrimiz arasındakı əlaqələrin möhkəm əsasını təşkil etdiyini qeyd edib.
 
O bildirib ki, intensiv siyasi dialoq, sosial-iqtisadi əlaqələr, beynəlxalq arenada qarşılıqlı dəstək, humanitar əməkdaşlığın davamlı şəkildə dərinləşdirilməsi ilə xarakterizə olunan ikitərəfli münasibətlər xüsusi əhəmiyyətli strateji tərəfdaşlıq səviyyəsinə çatıb.
 
Belarus xarici işlər naziri Vladimir Makey Elmar Məmmədyarova ünvanladığı məktubda 25 il ərzində Belarus-Azərbacan münasibətlərinin iki xalqın dostluğu, qarşılıqlı anlaşma və etimad ənənələri üzərində qurularaq strateji xarakter aldığını və siyasi, sosial, iqtisadi və humanitar sahələri əhatə etdiyini vurğulayıb.
 
Vladimir Makey ali və yüksək səviyyədə dövlətlərarası təmasların  dinamik şəkildə inkişaf etdiyini və bir sıra ikitərəfli iqtisadi layihələrin  həyata keçirildiyini bildirib. O həmçinin, ölkələrimizin beynəlxalq arenada mövcud olan problemlər və təhdidlərə münasibətdə oxşar mövqe tutduğunu və bir-birinə qarşılıqlı dəstək göstərdiyini diqqətə çatdırıb.  
 
Məktubda nazir Vladimir Makey Belarus-Azərbaycan münasibətlərinin bu gün olduğu kimi gələcəkdə də məhsuldar və məzmunlu olacağına inamını ifadə edib.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2135
TRY 1 Türk lirəsi 0.3020
KWD 1 Küveyt dinarı 5.6066
SEK 1 İsveç kronu 0.1881
EUR 1 Avro 1.9479
CHF 1 İsveçrə frankı 1.7064
USD 1 ABŞ dolları 1.7000