• cümə, 26 Aprel, 22:48
  • Baku Bakı 22°C

Azərbaycan aparıcı ölkələrlə yanaşı sıralardadır

17.10.18 13:52 513
Azərbaycan aparıcı ölkələrlə yanaşı sıralardadır
Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatında Azərbaycanın mövqeyini müsbət qiymətləndirmək olar. Dünya İqtisadi Forumu dünyanın ən aparıcı iqtisadi qurumlarındandır. Bu, yeganə forumdur ki, dünyanın aparıcı hökumət və dövlət liderlərini bir araya yığır. Bu forumun hazırladığı hesabat praktik olaraq dünyada qlobal siyasətə təsir edəcək hesabatlardır. Xüsusən də illik görüşlərində qlobal müzakirənin də aparılması ondan xəbər verir ki, Dünya İqtisadi Forumu qlobal məsələlərə təsir imkanı olan forumdur. Bu barədəAZƏRTAC-a iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
Ekspert bildirib ki, son hesabatda yeni metodologiyadan istifadə olunub və burada həm ümumi istiqamət, həm də indikatorlar üzrə qiymətləndirmə aparılıb. Hesabatın təhlili göstərir ki, Azərbaycan bir sıra istiqamətlər üzrə aparıcı mövqeyini qoruyub saxlayıb. İndikatora görə, Azərbaycanın mövqeyi biznesin qeydiyyatdan keçmə indeksinə görə 17-ci, müflisləşmə normativ hüquqi bazası alt-indikatoru üzrə 17-ci, sahibkarlıq riskləri alt-indikatoru üzrə 21-ci və ideyaların şirkətə təsiri alt-indikatoru üzrə 25-ci yerdə bərqərar olub. Bu da müsbət məqam kimi qiymətləndirilə bilər.
"Azərbaycan əhalinin elektriklə təchizatı səviyyəsinə görə dünyada ilk pillədədir. Ölkəmiz həm də sosial və səhiyyə istiqamətləri üzrə də aparıcı ölkələrlə yanaşı sıralardadır, bəzi indikatorlara görə ilk 15-liyə daxil olmaq imkanı qazanıb. Bu indikatorlar göstərir ki, Azərbaycanın mövqeyində yaxşılaşmalar qeydə alınıb", - deyə V.Bayramov bildirib.
Ekspert hesab edir ki, növbəti illərdə islahatların dərinləşməsi Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatında Azərbaycanın mövqeyinin daha da yaxşılaşmasına gətirib çıxaracaq.
banner

Oxşar Xəbərlər