• cümə, 26 Aprel, 11:32
  • Baku Bakı 12°C

AZAL uçuş qiymətlərini endirdi?

15.07.15 14:12 1535
AZAL uçuş qiymətlərini endirdi?
Turizm şirkətlərindən AzNews.az-a daxil olan məlumata görə, prezidentin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda AZAL-da qiymətlərin bahalılığı ilə bağlı tənqidlərindən sonra şirkət qiymətləri aşağı salıb.
Belə ki, Azərbaycanda yerləşən turizm şirkətlərinə AZAL-dan bununla bağlı müvafiq məktub göndərilib. Məktubda Bakı-İstanbul reysinin 90 manat olması ilə bağlı göstəriş yer alıb.
Qərarın nə vaxt qüvvəyə minəcəyi isə hələki dəqiq deyil.
banner

Oxşar Xəbərlər