• cümə, 26 Aprel, 05:24
  • Baku Bakı 16°C

Avtomobillərin sayının azalması nəticəsində paytaxtda hava təmizlənib

29.03.20 17:37 555
Avtomobillərin sayının azalması nəticəsində paytaxtda hava təmizlənib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva koronavirus pandemiyasının atmosfer havasının keyfiyyətinə təsir məsələsinə münasibət bildirib.
Trend-in məlumatına görə, U.Tağıyeva bu gün avtomobillərin sayının azalması nəticəsində paytaxtda havanın nəzərəçarpacaq dərəcədə təmizləndiyini deyib.
O qeyd edib ki, belə nəticələr digər ölkələrdə də qeydə alınıb:
"Bu, bir daha belə sadə fikri təsdiq edir ki, zərərli tullantıların atmosferə atılmasının azaldılması havanın təmizlənməsi ilə nəticələnir”.
Departament direktoru xatırladıb ki, həmişə atmosferə atılan tullantıların azaldılması ilə bağlı çağırışlar edilib: "İstər nəqliyyatdan və ya sənaye müəssisələrindən atılan tullantı qazları, istərsə də müasir təmizləyici qurğulardan istifadə etməyən ictimai-iaşə obyektləri olsun. Nazirlik bu istiqamətdə fəal təbliğat işləri aparır”.
banner

Oxşar Xəbərlər