• cümə, 26 Aprel, 06:48
  • Baku Bakı 12°C

Avropa İttifaqı TANAP layihəsinə 5,4 mln. avro qrant ayırıb

01.08.18 11:45 663
Avropa İttifaqı TANAP layihəsinə 5,4 mln. avro qrant ayırıb
Avropa Komissiyasının qitənin bir neçə mühüm enerji infrastrukturu layihəsinə "CEF Energy” (Connecting Europe Facility) proqramı çərçivəsində ümumilikdə 48,4 milyon avro dəyərində qrantın ayrılmasına dair təklifiniAvropa İttifaqımüsbət cavablandırıb.
SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, qərara əsasən Cənub Qaz Dəhlizinin tərkib hissəsi olanTANAPlayihəsinə "Boru kəmərinin katod mühafizəsinin quraşdırılmasının yoxlanılması və infrastrukturda remodifikasiya” işlərinə və eləcə də "çertyoj və diaqramların yenilənməsi” sahəsində iş həcmlərinə ümumilikdə 5 mln. 44 min 394 avro qrant ayrılıb.
Qeyd edək ki,TANAPtəbii qaz boru kəməri layihəsi CEF Energy proqramı çərçivəsində maliyyələşdirmə üçün seçilmiş iki qaz layihəsindən biridir.Avropa Komissiyası2017-ci ilin noyabr ayında 173 layihənin daxil olduğu Ümumi Maraq Layihələrinin (PCI) siyahısını dərc etmişdir. Bu siyahıda 53 qaz infrastruktur layihəsi var. Xatırladaq ki, PCI statusuna malik layihələr 2014-2020-ci illər üçün büdcəsi 5,35 milyard avro olan "CEF Energy” fondunun maliyyə dəstəyindən yararlanmaq hüququna malikdirlər.
Xatırladaq ki, 2014-cü ildən bu günə qədərTANAPlayihəsi çərçivəsində müxtəlif mühəndislik və layihələndirmə işləri üçün CEF Energy proqramı vasitəsilə əldə olunan vəsait 15 milyon avronu ötmüşdür. Ümumilikdə isə,TANAPvə TAP layihələri çərçivəsində müxtəlif iş həcmlərinin maliyyələşdirilməsi üçün əldə olunmuş qrantların məbləği 30 milyon avroya yaxındır.
banner

Oxşar Xəbərlər