• cümə, 29 Mart, 03:00
  • Baku Bakı 7°C

ATƏT-in Minsk qrupuna inam tamamilə sarsılıb

09.07.20 16:00 688
ATƏT-in Minsk qrupuna inam tamamilə sarsılıb
Bu gün dünyada "Covid-19” pandemiyası olduqca ciddi problemlər yaratmaqdadır. Demək olar ki, tarixdə ilk dəfə olaraq bütün dövlətlər özünütəcrid və ölkə daxilində karantin və ya fövqaladə hal rejimi tətbiq edib. Bir çox dövlətlər bu vəziyyətdə həm humanitar, həm siyasi, həm də iqtisadi böhran yaşayır.
Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.
B.Əliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət imkan verdi ki, dünyamiqyaslı böhran şəraitində vətəndaşların təhlükəsizliyi, sağlamlığı və sosial müdafiəsi təmin edilsin:"Azərbaycan eyni zamanda 30 ölkəyə humanitar yardım göstərdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə "Covid-19” pandemiyasına qarşı birgə mübarizə ilə bağlı dövlət başçıları səviyyəsində videokonfranslar keçirildi və bu bəlaya qarşı birgə mübarizənin əsas istiqamətlərini təklif etdi.Nəhayət, Prezident İlham Əliyev dünyada böhranın daha da dərinləşdiyini nəzərə alaraq, birgə tədbirlərin hazırlanmasını müzakirə etmək üçün "Covid-19” pandemiyası ilə bağlı BMT Baş Assamblyesının xüsusi sessiyasının çağırılması təşəbbüsünü irəli sürdü və bu təşəbbüs dünya birliyi tərəfindən müsbət qarşılandı.Amma bunun əleyhinə səs verən yeganə ölkə Ermənistan oldu. Əslində bu bizim üçün təəccüblü deyil. Ona görə ki, əsrlər boyu başqa xalqlara, xüsusən də türk və azərbaycanlılara qarşı soyqırımı həyata keçirərək özlərinə dövlət qurmaq arzusunda olan faşist ideologiyalı daşnaqlardan bundan artıq bir şey gözləmək olmazdı.Havadarlarının köməyi ilə azərbaycanlılara qarşı soyqırımı, etnik təmizləmə və deportasiya həyata keçirərək Azərbaycan torpaqlarında süni forpost əvvəlcə erməni vilayəti, sonra isə Ermənistan Respublikası yaradıldı.Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Ermənistan hələ müstəqil ölkə kimi formalaşandan dərhal sonra öz əsl xislətini göstərdi. Xocalı soyqırımını törədən faşistlər demokrat ola bilməzlər. Başqasının torpağına göz dikən, bir milyon insanı evsiz-eşiksiz qoyan ölkə demokrat ola bilməz. Onlar bir milyon Azərbaycan vətəndaşının və Ermənistanda yaşayan azərbaycanlıların elementar insan haqlarını pozublar. Azərbaycanın məqsədyönlü fəaliyyəti ona gətirib çıxarıb ki, Ermənistanın üzərində mövcud olan çətir artıq deşilib. Biz onların əsl mahiyyətini üzə çıxarırıq, onların faşist mahiyyətini ifşa edirik. Faşist Njdeyə abidə ucaldan və bu abidəni müdafiə edən faşistdir”.
B.Əliyev bildirib ki, faşist ideologiyası ilə idarə edilən Ermənistanda bu ideologiya əleyhinə çıxanlara qarşı siyasi qətllər həyata keçirilir, demokratiya istəyənlər gülləboran edilir, siyasi rəqiblər öldürülürlər, saxta seçkilər keçirilir, korrupsiyanın başında siyasi rəhbərlik dayanır:"Onların mahiyyəti budur. Azərbaycanın 20 faiz ərazilərini işğal etmiş, Xocalı soyqrımı həyata keçirmiş faşist ideologiyasını yayan Ermənistana qarşı heç bir tədbir görülmür.Ermənistan daim Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları müxtəlif təxribatlar törətməklə pozur. Ermənistan tərəfi iki ildir danışıqların formatını dəyişməyə cəhd edir, Azərbaycan Respublikasının işğal olunmuş Qarabağ bölgəsində yaradılmış qondarma rejimin danışıqlarda tərəf kimi çıxış etməsini istəyir. Dağlıq Qarabağda qondarma "seçkilər” və qondarma "andiçmə mərasimi” keçirilir, hətta Ermənistan rəhbərliyi əlini Azərbaycan xalqının qanına bulamış cinayətkarlarla birgə həmin "mərasim”də iştirak edir.ATƏT-in Minsk qrupu isə Ermənistana qarşı heç bir ciddi tədbir görmür, məsələnin üstündən yumşaq formada, nala-mıxa vurmaqla keçir. Bu azmış kimi, Minsk qrupunun işğalçıya təyziq etmək əvəzinə, Azərbaycandan öz ərazi bütövlüyünü və süverenliyini təmin etmək üçün gücdən istifadə etməməyi tələb etməsi isə artıq xalqda həmin qrupa inamı tamamilə sarsıdıb.Minsk qrupu həmsədrləri beynəlxalq hüquqa, BMT-nin onlara verdiyi mandata uyğu olaraq bilavasitə BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinin icra edilməsinə təcili başlamalıdırlar. Onların mandatı bundan ibarətdir. Əgər onlar özlərinə yeni bir mandat düşünüblərsə, yanılırlar. Azərbaycan xalqı onlardan ədalətin bərqərar edilməsini, doğma Qarabağa qayıtmağı gözləyir.Əks təqdirdə Azərbaycan xalqı həmin qərarlara və üzv olduğu BMT-nin müəyyən etdiyi prinsiplərə uyğun olaraq ərazi bütövlüyünü və süverenliyini tam təmin edəcək. Buna heç kimin şübhəsi olmasın!”.
banner

Oxşar Xəbərlər