• şənbə, 27 Aprel, 06:32
  • Baku Bakı 12°C

“AtaSığorta” ASC müddətsiz lisenziya alıb

30.05.14 16:54 1226
“AtaSığorta” ASC müddətsiz lisenziya alıb
Maliyyə Nazirliyi tərəfindən “AtaSığorta” ASC-yə 06 may 2014-cü il tarixindən etibarən təkrarsığorta fəaliyyəti ilə məşğul olmaq üçün müddətsiz lisenziya verilib. Artıq 10 ildir ki, Azərbaycan sığorta bazarında uğurla fəaliyyət göstərən AtaSığorta bu illər ərzində bir çox uğurlara imza atıb. Qeyd edək ki, fəaliyyətinin əsas prinsipini müştəri məmnuniyyəti üzərində quran şirkət davamlı olaraq yeni məhsullar hazırlayır və müştərilərinə yüksək xidmət göstərməyə çalışır. AtaSığorta paytaxt və regionlardakı əhatə dairəsini genişləndirir, nizamnamə kapitalını artırır və bütün bu amillər son nəticədəAtaSığortanı etibarlı sığorta tərəfdaşına çevirir.
İdarə Heyətinin sədri cənab M.Əliyev şirkətə müddətsiz təkrarsığorta lisenziyasının verilməsi ilə bağlı “Kaspi”yə açıqlamasında şirkətə təkrarsığorta fəaliyyəti ilə məşğul olmaq üçün müddətsiz lisenziyanın verilməsi əlamətdar hadisə kimi dəyərləndirib. Deyib ki, qanunvericilikdə həyata keçirilən müsbət dəyişikliklər sığorta şirkətlərinin inkişafını təmin etməklə onların ödəniş qabiliyyətini və maliyyə dayanıqlığını təmin edir. M.Əliyev inamla bildirib ki, AtaSığorta bundan sonra birbaşa sığorta fəaliyyəti ilə yanaşı sığorta sektorunda aktiv təkrarsığortaçı kimi də inkişaf edəcəkdir.
Xatırladaq ki, "AtaHolding" Şirkətlər Qrupuna daxil olan AtaSığorta 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə 5 filial, 6 nümayəndəlik və 6 satış ofisi daxildir.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər