• cümə, 26 Aprel, 11:58
  • Baku Bakı 12°C

“AtaBank” vasitəsilə sahibkarlara 17 milyon güzəştli kredit verilib

27.05.14 17:24 1119
“AtaBank” vasitəsilə sahibkarlara 17 milyon güzəştli kredit verilib
“AtaBank” ASC İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Binəqədi rayonunun, M.Ə.Rəsulzadə qəsəbəsində 100 nömrəli məktəbdə sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar Forumunda iştirak edib.
Tədbirdə Bakı və ətraf qəsəbələrdə fəaliyyət göstərən 80-ə yaxın sahibkar iştirak edib. Qeyd olunub ki, 2014 il ərzində “AtaBank” ASC vasitəsilə sahibkarlıq subyektlərinə 16,915 milyon manat güzəştli kredit verilib.
Xatırladaq ki, "AtaBank" 2003-cü ildən Sahibkarlığa Kömək Milli Fondunun üzvüdür və bu günə kimi bank tərəfindən 92 milyon manat güzəştli kredit verilib. 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" ASC yüksək texnologiyalı universal bank hesab edilir. Bank korporativ və fərdi müştərilərə tam spektr xidmətlər təqdim edir. "AtaBank" ASC xidmət və məhsulları haqqında daha ətraflı məlumat almaq üçün bankın rəsmi səhifəsi www.atabank.com və www.facebook.com/atabank ünvanlarına müraciət edə bilərsiniz.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər