AZE | RUS | ENG |

Ağsu rayonunda 33 min 925 hektar sahədə payızlıq taxıl əkilib

Ağsu rayonunda 33 min 925 hektar sahədə payızlıq taxıl əkilib
Ağsu rayonunda payızlıq taxıl səpini başa çatıb.
Rayon statistika idarəsindən AZƏRTAC-a bildirilib ki, cari payızda bölgədə 33 min 925 hektar sahədə taxıl əkilib. Əkin sahələrinin 18 min 156 hektarı buğda, 15 min 769 hektarı isə arpadır. Builki mövsümdə buğda əkini sahələri xeyli artırılıb.
Rayonun Gəgəli, Kəndoba, Ərəbuşağı, Qaraqoyunlu, Ərəbsarvan və bir sıra digər ərazi vahidlərində fermerlər və fiziki şəxslər daha çox sahələrdə səpin aparıblar.
Erkən taxıl əkilən sahələrdə vəziyyət normaldır. Hazırda gəmiricilərə qarşı mübarizə tədbirləri görülür.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8962
GEL 1 1 Gürcüstan larisi 0.6199
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1648
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.6798
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.2805