• çərşənbə axşamı, 19 mart, 14:01
  • Baku Bakı 8°C

Astara-Astara dəmiryol terminalında tikinti işləri bərpa edilib

24.08.19 17:30 4954
Astara-Astara dəmiryol terminalında tikinti işləri bərpa edilib
İranın şimalında yerləşən Gilan vilayətində Rəşt-Astara dəmir yolunun 40 kilometrinin relslərinin düzülməsinə tezliklə başlanacaq.
Trend-in məlumatına görə, bunu İranın yol və şəhərsalma nazirinin müavini və İranın Dəmir Yol Şirkətinin icra direktoru Səid Rəsuli Astara Dəmiryol Terminalına baxış keçirərkən deyib.
S.Rəsulinin sözlərinə görə, relslərin düzülməsi İran hökumətinin xərci ilə həyata keçiriləcək. Azərbaycan Respublikası da Rəşt-Astara dəmir yolunun çəkilməsinə 500 milyon dollar investisiya yatıracaq.
Nazir müavini bildirib ki, Astara-Astara dəmiryol terminalında tikinti işləri uzun fasilədən sonra bərpa edilib və Azərbaycan tərəfi ilə bununla əlaqədar çoxlu danışıqlar aparılıb:
"Astara-Astara layihəsinin podratçısı dəmiryol terminalında yükləmə və boşaltma imkanlarını yaratmalıdır”.
Qeyd edək ki, ötən ilin mart ayında Azərbaycan və İran arasında Astara-Astara dəmir yolu istismara verilib. İndiyədək çoxlu sayda yük qatarları Rusiya və Azərbaycandan İranın Gilan vilayətində təkmilləşdirilməkdə olan Astara dəmiryol terminalına daxil olub. Bu qatarların yükləri İranın müxtəlif bölgələrinə nəql olunub.
Astara-Rəşt dəmir yolunun çəkilməsi və dəmiryol terminalında işlərin yekunlaşmasından sonra yüklər Astaradan İranın cənub limanlarına dəmiryolu vasitəsi ilə daşınacaq.
banner

Oxşar Xəbərlər