• çərşənbə axşamı, 19 mart, 10:48
  • Baku Bakı 8°C

"Arxayınlaşmamalıyıq, bu, arzuolunmaz nəticələrə gətirib çıxara bilər"

11.08.20 15:23 732
"Arxayınlaşmamalıyıq, bu, arzuolunmaz nəticələrə gətirib çıxara bilər"
"Normal həyata dönmək, koronavirus bəlasından xilas olmaq hər kəsin arzusudur. Bunun üçünsə, bir qədər də səbrli, dözümlü olmaq lazımdır”.
BunuSİA-ya millət vəkili İlham Məmmədov deyib.
Deputatın sözlərinə görə, virusa yoluxma sayının azalmasından da arxayınlaşmaq olmaz: "Çünki arxayınlaşıb qaydalara riayət etməmək virusa yoluxma sayının artmasına səbəb olar ki, bu da arzuolunmaz vəziyyətə gətirib çıxara bilər. Yoluxma sayının azalmasının əsas səbəbi dövlətin həyata keçirdiyi tədbirlər, vətəndaşların karantin rejiminə, sosial izolyasiya qaydalarına əməl etmələri ilə bağlıdır. Bu gün vətəndaşların əksəriyyətində şəxsi refleks, yəni tibbi maskadan istifadə edilməsi, sosial məsafə saxlanması, dezinfeksiya edici vasitələrdən istifadə edilməsi vərdişi formalaşıb. Bunlar müsbət haldır və o deməkdir ki, insanlar indiki şəraitin tələblərilə yaşamağa öyrəşir. Biz qaydalara mütləq şəkildə əməl etməliyik ki, bu bəladan tezliklə xilas ola bilək.
Qarşıdan payız fəsli gəlir. Həmin mövsümdə də infeksion xəstəliklər baş qaldırır. Çalışmaq lazımdır ki, payız mövsümünə qədər maksimum dərəcədə virusun yayılmasının qarşısı alınsın. Bu baxımdan ölkəmizdə xüsusi karantin rejiminin uzadılması doğru addım kimi qiymətləndirilməli və insanlarımız bunu anlayışla qəbul etməlidir. Hələki, dünyada koronavirusa qarşı tam təsdiq olunmuş peyvənd və ya dərman peraparatı tapılmayıb. Bəzi dövlətlər peyvəndlər haqqında məlumatlar verirlər. Azərbaycan dövləti də bu məsələni diqqət mərkəzində saxlayır. Amma bu məsələdə tələsmək lazım deyil.
Qeyd etdiyim kimi, hazırda ölkəmizdə koronavirusun azalması ilə bağlı müsbət dinamika müşahidə olunur, sağalanların sayı yoluxanların sayını xeyli üstələyir. Bu müsbət dinamikanın saxlanması və uğurlu sonluğa çatmaq üçün üçün fərdi və ictimai məsuliyyətin saxlanılması vacibdir. Bu baxımdan hər kəs özünü və yaxınlarını virusa yoluxmadan maksimum qorumaq üçün tibbi-profilaktik qaydalara riayət etməli, ictimai yerlərdə 5 nəfərdən artıq qruplarda cəmləşməməli, sosial məsafəni saxlamalı, qoruyucu tibbi maskalardan istifadə etməlidir. Biz birlikdə mübarizə apararaq bu bəlaya qalib gələ və normal həyatımıza dönə bilərik”.
banner

Oxşar Xəbərlər