• cümə, 26 Aprel, 13:32
  • Baku Bakı 23°C

ARDNŞ Türkiyədəki payını niyə satdı? - Açıqlama

11.08.14 11:12 1116
ARDNŞ Türkiyədəki payını niyə satdı? - Açıqlama
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyədə sahib olduğu “STAR” Media Qrupundakı payının satması məsələsinə aydınlıq gətirib.
Bununla bağlı “APA-Economics”ə açıqlama verən qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nizaməddin Quliyev bildirib ki, ARDNŞ beynəlxalq biznes şirkətidir və iqtisadi səmərəliliyindən asılı olaraq, təmsil etdiyi qurum müxtəlif aktivlər alır və iqtisadi cəhətdən sərfəli olduğu halda satır.
Onun sözlərinə görə, bu, aktivlərin bazar qiymətinin dəyişkən olması və iqtisadi səmərəliliyi ilə əlaqədar məsələdir.
Qeyd edək ki, ARDNŞ Türkiyədə sahib olduğu “Star” Media Qrupundakı payının 50%-ni satır. Bu barədə jurnalistlərə açıqlamasında ARDNŞ-in Türkiyədəki törəmə şirkəti olan "SOCAR Turkey Enerji" şirkətinin rəhbəri Kənan Yavuz məlumat verib.
Onun sözlərinə görə, artıq bu media qrupuna sahib olmaq istəyən “Rixos” otellər şəbəkəsinin sahibi Fettah Tamince ilə danışıqlar aparılır: “Danışıqlar nəticə verəcəyi halda, bu razılaşma əldə olunacaq”.
Türkiyədə bir çox layihələri reallaşdırdıqlarını deyən K. Yavuz bildirib ki, bu müddət ərzində media layihəsinin “SOCAR”ın fəaliyyətində erkən layihə olduğu qənaətinə gəlinib. Onun sözlərinə görə, bu mediaya sahib olduqları müddətdə ona kifayət qədər vaxt və zaman ayıra bilməyiblər: “Türkiyənin ən böyük layihəsini həyata keçirdiyimiz üçün biz media layihələrdən çəkilməli olduq və bu layihələrdə daha böyük nəticələr əldə etmək fikrindəyik”.
banner

Oxşar Xəbərlər