AQTA media nümayəndələri üçün təlimə start verib - Fotolar
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) jurnalistlər üçün "Qida təhlükəsizliyi üzrə media təlim”ə start verilib. Məqsəd
media nümayəndələrinin qida təhlükəsizliyi sahəsində biliklərini artırmaq və
Agentliyin qida təhlükəsizliyinin təbliği istiqamətində gördüyü işlər barədə
ictimaiyyəti daha dolğun məlumatlandırmaqdır.
3 gün davam edəcək təlimin birinci günündə 30-a yaxın media
nümayəndəsi iştirak edib. Təlimdə Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin
KİV-də işıqlandırılması zamanı obyektivliyin, şəffaflığın təmin olunması və ictimai
nəzarət mexanizmlərinin təkmilləşdirilməsində medianın rolu, qida
təhlükəsizliyinin təmin olunması, heyvan sağlamlığı və baytarlıq, eləcə də bitki
sağlamlığı və fitosanitar nəzarətinin təşkili, qida məhsulları sahəsində fəaliyyət
göstərən sahibkarlıq subkeytlərinin qeydiyyat prossesi və onlarla əməkdaşlıq, bu
sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərində aparılan dövlət nəzarəti
tədbirləri barədə media nümayəndələrinə ətraflı məlumat veriləcək.
Qida Təhlükəsizliyi Agentliyinin rəhbər şəxsləri və mütəxəssislərin
təqdimatları ilə davam edəcək təlimlərdə, jurnalistlər qida təhlükəsizliyi sahəsində
təbliğat və maarifləndirmə, sağlam qidalanmanın təşviqi istiqamətində Agentliyin
gördüyü işlər barədə ətraflı məlumatlandırılacaq.
Təqdimatlardan sonra sual-
cavab sessiyasında media nümayəndələrini maraqlandıran suallar
cavablandırılacaq.
Təlimin ilk günündə heyvan sağlamlığı və baytarlıq sahəsində həyata
keçirilən tədbirlər çərçivəsində qanunsuz heyvan kəsimi ilə bağlı görülən işlər,
aparılan maarifləndirmə tədbirləri, müasir heyvan kəsimi məntəqələrinin
yaradılması ilə bağlı qarşıya qoyulan əsas hədəflər jurnalistlərin diqqətinə
çatdırılıb. Onlara heyvan kəsimi sahəsində beynəlxalq təcrübə və Agentliyin bu istiqamətdə atacağı tədbirlər barədə məlumat verib.
Qeyd edək ki, AQTA əhalinin sağlam qida ilə təmin olunması və qida təhlükəsizliyi sahəsində
maarifləndirilməsində media institutları ilə sıx əməkdaşlıq edir və jurnalistlərin bu
sahədə biliklərinin artırılmasını daim diqqət mərkəzində saxlayır.