• cümə, 26 Aprel, 23:04
  • Baku Bakı 22°C

Aqrar ixtisasların əhəmiyyəti ilə bağlı tədbir keçirilib

21.11.14 16:38 1451
Aqrar ixtisasların əhəmiyyəti ilə bağlı tədbir keçirilib
Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun V qrant müsabiqəsində qalib olmuş " Aqrar ixtisasların əhəmiyyəti ilə bağlı treninqlərin təşkili " layihəsinin bağlanış tədbiri 21.11.2014-cü il tarixində Bakı şəhəri, Yasamal rayonu, 52 saylı orta məktəbdə keçirildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktor müavini Nüşabə Ağamirova tədbir barəsində şagirdlərə məlumat verərək layihə rəhbərini və qonaqları təqdim etdi.
Treninqin mövzusuna uyğun olaraq layihə rəhbəri Firidun Tağıyev, ekspert Toğrul Məmmədli şagirdlərə aqrar ixtisasların əhəmiyyəti və bu sahənin perspektivləri barədə məlumat verdilər. Tədbirin gedişində iştirakçılara bukletlər paylanıldı və xatirə şəkilləri çəkildi.

banner

Oxşar Xəbərlər