AZE | RUS | ENG |

Apreldə OPEC-in neft hasilatı geriləyib

Apreldə OPEC-in neft hasilatı geriləyib
Apreldə Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə sutkalıq xam neft istehsalı azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, ötən ay OPEC-in neft istehsalı mart ayı ilə müqayisədə 3 min barrel azalaraq gündəlik 30 milyon 31 min barrel olub. OPEC-in dünya neft hasilatındakı payı isə 30,4 faiz olub.
Keçən ay OPEC-ə üzv ölkələrdən neft istehsalını ən çox İraq, Nigeriya və Liviya artırıb. İraqın sutkalıq hasilatı 113 min barrel çoxalaraq 4 milyon 630 min barrelə çatıb. Nigeriyada gündəlik istehsal 92 min barrel artaraq 1 milyon 819 min barrel olub. Liviyada isə neft hasilatı 71 min barrel çoxalaraq sutkada 1 milyon 176 min barrelə yüksəlib.
Apreldə kartelə üzv ölkələrdə neft istehsalı ən çox İran, Səudiyyə Ərəbistanı və Anqolada azalıb. İranın gündəlik hasilatı 164 min barrel azalaraq 2 milyon 554 min barrelə düşüb. Səudiyyə Ərəbistanında istehsal 45 min barrel geriləyərək sutkada 9 milyon 742 min barrel təşkil edib. Anqolada hasilat 41 min barrel azalaraq 1 milyon 413 min barrel təşkil edib.
Ötən ay dünyada 72 qazma qurğusu fəaliyyətini dayandırıb və ümumilikdə qurğuların sayı 2 min 298-ə geriləyib. Həmin qurğuların 577-si OPEC-ə üzv ölkələrdədir.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946