• cümə, 26 Aprel, 19:00
  • Baku Bakı 22°C

Apreldə 195-2 TMM-ə 450-yə yaxın müraciət daxil olub

06.05.14 16:29 1181
Apreldə 195-2 TMM-ə 450-yə yaxın müraciət daxil olub
2014-cü ilin aprel ayı ərzində İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) 195-2 Telefon Məlumat Mərkəzinə (TMM) 450-ə yaxın müraciət edilib. İSN mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, müraciətlər əsasən, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi, Nazirlik tərəfindən göstərilən elektron xidmətlər, eləcə də Nazirliyin səlahiyyətlərinə aid olan digər məsələləri əhatə edib.
Ümumiyyətlə, indiyədək 195-2 Telefon Məlumat Mərkəzinə 25 minə yaxın müraciət daxil olub. TMM-ə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılır, araşdırma tələb edilən müraciətlər isə müvafiq qaydada qeydiyyata alınaraq, Nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılır və müvafiq tədbirlər görülür.
Qeyd edək ki, 195-2 TMM İSN-in səlahiyyətlərinə dair sualların Nazirliyə gəlmədən operativ və ətraflı cavablandırılması məqsədilə yaradılıb. Ölkənin istənilən ərazisindən stasionar və mobil telefonlardan məlumat mərkəzinə zəng etməklə Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciətlərə cavab almaq mümkündür. Telefon xidməti canlı rejimdə, qanunvericiliklə təsdiq edilmiş iş günlərində, fasiləsiz olaraq saat 9.00-dan 18.00-dək fəaliyyət göstərir. Mərkəz tərəfindən göstərilən telefon məlumat xidməti ödənişsizdir.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər