• cümə, 26 Aprel, 12:01
  • Baku Bakı 23°C

Ankaradakı kənd təsərrüfatı sərgisinə biznes missiya təşkil ediləcək

03.08.19 13:15 5087
Ankaradakı kənd təsərrüfatı sərgisinə biznes missiya təşkil ediləcək
Sentyabr 26-29-da Ankarada "AGROTEC 2019 – 23-cü Beynəlxalq Kənd təsərrüfatı və Kənd təsərrüfatı Texnologiyaları Sərgisi” açılacaq.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından (ASK)AZƏRTAC-a bildirilib ki, sərgiyə konfederasiya tərəfindən biznes missiya təşkil olunacaq. Missiyada iştirak edəcək nümayəndə heyətinin otel və transfer xərcləri təşkilatçı tərəfindən ödəniləcək. İştirak edəcək nümayəndə qərar vermək səlahiyyətinə məxsus olmalıdır. ASK-ya üzv olmayan şirkətlərin sərgidə iştirakı ödənişlidir və ödəniş haqqı 200 AZN təşkil edir.
banner

Oxşar Xəbərlər