• şənbə, 27 Aprel, 03:35
  • Baku Bakı 14°C

"Anglo Asian Mining" Azərbaycan banklarına olan kredit borcunu açıqlayıb

24.04.17 10:10 965
"Anglo Asian Mining" Azərbaycan banklarına olan kredit borcunu açıqlayıb
Azərbaycanda yerləşən qızıl və gümüş yataqlarda hasilatla məşğul olan "Anglo Asian Mining" şirkəti yerli banklara olan borcunun həcmini açıqlayıb.
"APA-Economics" xəbər verir ki, 2017-ci ilin aprelin 1-nə şirkətin kredit faizləri, maliyyə vəsaitləri və onların ekvivalentlərinə görə borc öhdəlikləri 33,1 mln. dollar təşkil edib. Qeyd edək ki, 2016-cı ilin dekabrın 31-dən hesabat dövrünə qədər şirkətin borcu 2 mln. dollar azalıb.
Ümumilikdə, şirkətin "Amsterdam Trade Bank"a 7,4 mln. dollar, "Gazprombank" 7,4 mln. dollar, "Azərbaycan Beynəlxalq Bankı" ASC 7,2 mln. dollar, "Atlas Copco"ya 0,7 mln. dollar, "Yapi Kredi Bank"a 3 mln. dollar, "PAŞA Bank" ASC-yə 3,9 mln. dollar, "Kapitalbank"a 1 mln. dollar həcmində kredit borcu var.
banner

Oxşar Xəbərlər