• cümə, 26 Aprel, 17:07
  • Baku Bakı 23°C

Amerika Neft İnstitutu: Ölkədə neft ehtiyatları azalıb

06.06.18 15:15 514
Amerika Neft İnstitutu: Ölkədə neft ehtiyatları azalıb
Keçən həftə ABŞ-ın xam neft ehtiyatları azalıb.
AZƏRTACxəbər verir ki, bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, ötən həftə ölkədəki xam neft ehtiyatları 2 milyon barrel azalıb. Analitiklər ehtiyatların 1,8 milyon barrel azalacağını nəzərdə tuturdu.
ABŞ-dakı benzin ehtiyatları isə keçən həftə 3,8 milyon barrel artıb. Benzin ehtiyatlarının 2 milyon barrelədək azalması gözlənilirdi.
Ölkədə distillə edilmiş yanacaq istehsalı hesabat həftəsində 871 min barrel azalıb. İstehsalın 1,1 milyon barrel azalacağı planlaşdırılırdı.
Qeyd edək ki, ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər bu gün ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.
banner

Oxşar Xəbərlər