• cümə axşamı, 28 mart, 19:12
  • Baku Bakı 13°C

Alternativ enerji sahəsində sərgilər və konfranslar investorları stimullaşdıracaq

27.02.20 10:45 880
Alternativ enerji sahəsində sərgilər və konfranslar investorları stimullaşdıracaq
Sərgilər alternativ enerjinin sahəsinə yeni yerli və xarici investorları cəlb edir.
Bunu Trend-ə "Iteca Caspian" şirkətinin direktoru Fərid Məmmədov deyib.
Onun sözlərinə görə, alternativ enerji sahəsində sərgilər və konfranslar, şübhəsiz, müsbət təsir göstərir, investisiya axınını stimullaşdırır:
"Caspian Power" öz növbəsində bu sahənin ölkəmizdə inkişafına müsbət təsir göstərir. Hər il tədbirlərdə 7 mindən artıq insan iştirak edir. Sərgilərdə iştirak etmək şirkətlərə yeni əlaqələr, yeni investorlar əldə etmək şansı verir. Həmçinin sərgi elm və istehsal, istehsalçı və investorlar arasında əlaqələndirici vasitə olur. Bu il sərgi iyulun 2-dən 4-dək keçiriləcək. Bu dövrdə Bakı enerji sahəsinin mərkəzinə çevrilir. Sərgini Azərbaycanın Energetika Nazirliyi dəstəkləyir. Biz, həmçinin "Caspian Power" sərgisinə rəsmi dəstək verən "AzərEnerji" ilə də sıx əməkdaşlıq edirik. Bazarın və yerli şirkətlərimizin hazırda nəyə ehtiyacı olduğu ilə maraqlanır və sərgilərdə bu sahələri inkişaf etdirməyə çalışırıq. Bu il "AzərEnerji" sərgidə öz stendi ilə iştirak edəcək və elektrik enerjisi sahəsində innovasiyaları nümayiş etdirəcək".
F.Məmmədov qeyd edib ki, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yarandığı andan bəri onlarla çox sıx iş münasibətləri qurulub:
"Ötən il ərzində Agentliyin dəstəyi ilə kiçik və orta biznes nümayəndələrinin birgə stendi müxtəlif sərgilərdə təqdim edilib. Biz çox sayda müsbət rəylər aldıq və Agentlik hesab edir ki, sərgilər Azərbaycanda orta və kiçik biznesin inkişafına müsbət təsir göstərir. Bu il biz Agentlik vasitəsi ilə kiçik və orta biznes müəssisələrinin xüsusi əlverişli şərtlərlə Azərbaycandakı sərgiyə cəlb edilməsi və iştirakının stimullaşdırılması baxımından işimizi davam etdirəcəyik. Həmçinin KOBİA-nın birgə stendi iyun ayında Bakıda Ekspo Mərkəzində keçiriləcək "Beynəlxalq Xəzər Neft və Qaz" və "Caspian Power" sərgilərində nümayiş ediləcək. Agentlik kiçik və orta biznesə "Xəzərin Nefti və Qazı" və "Caspian Power" kimi tanınmış beynəlxalq sərgilərin bir hissəsi olmasına kömək etməklə yanaşı, onlara geniş və peşəkar auditoriyaya istehsal və xidmətlərini nümayiş etdirmək imkanı yaradır.
Sözsüz ki, hazırda biz kiçik və orta biznesin sərgilərə fəal qoşulmağını müşahidə edirik, bu isə iqtisadiyyatın dayanıqlı inkişafının daha bir göstəricisidir. Bu il, məsələn, daha əvvəl Agentliyin dəstəyi ilə "Caspian Ecology" sərgisində iştirak etmiş "Helind" şirkəti sərgidə müstəqil şəkildə iştirak edəcək. Əlbəttə ki, kiçik və orta biznes nümayəndələri sərgiyə ziyarətçi kimi gələrək müasir istiqamətlər haqqında öyrənə bilərlər, lakin əsas məqsəd xidmətləri beynəlxalq sərgilərdə nümayiş etdirməkdir".
Xatırladaq ki, Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ardıcıl 10-cu ildir ki, Azərbaycanda keçirilir və bu il, özünün ikinci yubileyini qeyd edir.
banner

Oxşar Xəbərlər