AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ali Baş Komandan Qubadlının azad olunmasında fərqlənmiş hərbi birlik komandirlərini təbrik edib

Ali Baş Komandan Qubadlının azad olunmasında fərqlənmiş hərbi birlik komandirlərini təbrik edib

Cəmiyyət
26 Oktyabr 2020, 16:32 150

Ali Baş Komandan, Prezident İlham Əliyev Qubadlı şəhəri və Qubadlı rayonunun bir neçə kəndinin işğalçılardan azad olunmasında fərqlənmiş hərbi birlik komandirləri Yaşar Həsənovu və Zaur Quliyevi təbrik edib.
APA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Dövlətimizin başçısı onlara Vətən uğrunda gedən döyüşlərdə yeni uğurlar arzulayıb. Tapşırıb ki, onun təbriklərini və təşəkkürlərini bütün şəxsi heyətə çatdırsınlar.