AZE | RUS | ENG |

ADR-in 100 illiyinə həsr edilmiş "Koreyanın ətri" konserti keçirilib

ADR-in 100 illiyinə həsr edilmiş
Cənubi Koreyanın Azərbaycandakı səfirliyi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş "Koreyanın ətri" konserti təşkil edilib.
 
APA-nın xəbərinə görə, iyunun 2-də konsertdə açılış nitqi ilə çıxış edən Koreyanın  Azərbaycandakı səfiri  Kim Çanq Qyu Azərbaycanın üzləşdiyi çətinliklərə qalib gələrək  sülh və tərəqqiyə nail olduğunu  vurğulayıb. 
 
Koreya səfiri Azərbaycana gələcəkdə daha böyük inkişaf yolu arzu edib: "Bu gün burda koreyalı, azərbaycanlı ifaçılar cazz musiqisi və rəqslər nümayiş etdirəcək. Koreyanın milli və saray musiqisinin ən yaxşı nümunələri cazz musiqisi ilə sintez şəkildə təqdim ediləcək".
 
Koreya  XİN-in mədəniyyət işləri üzrə baş direktoru Hong Seok da çıxışında  əvvəlcə  Azərbaycana  ilk səfəri olduğunu  vurğulayaraq   burda olmaqdan böyük məmnunluq hissi keçirdiyini deyib.
 
"Ölkələrimiz  arasında  ortaq yönlərimiz var. Hər iki ölkənin də dili də Altay dil qrupuna aiddir. Mədəni və emosional oxşarlıqlarımız çoxdur.  İkitərəfli  əlaqələrimiz  1992-ci ildən inkişaf edib. Daha da önəmlisi son dövrlərdə  vətəndaşlarımız  bir-birini tanımaq üçün könüllü mübadiləyə   başlayıbar. Hər il daha çox koreyalı Azərbaycanın qeyri-adi təbiətini  görmək  üçün bura səfərlər  edir. Koreya mədəniyyəti ilə maraqlanan Azərbaycanlıların da sayı artmaqdadır.   Gələcəkdə Azərbaycana səfər edəcək koreyalıların dayının artacağına əminəm və mənə elə gəlir ki, bundan sonra cənab səfirin işi  daha da ağırlaşacaq", - XIN təmsilçisi əlavə edib.
 
 O  konsertin  dəyərli  hadisə  olacağına ümidvarlığını ifadə edib: "Azərbaycanda "Könlün yolu ən qısa yoldur" kimi ifadə var. İnanıram ki,  bugünkü konsert bu yolun açılmasına şərait yaradacaq. İndiki kimi ürək açıqlığı ilə əməkdaşlığa davam edəcəyimiz təqdirdə Azərbaycanla iki ən yaxın dost ölkə olacağımıza  inanıram".
 
Azərbaycan Xarici İşlər Nazirliyinin  xüsusi tapşırıqlar  üzrə səfiri Azər Hüseyn də çıxışında  Koreya və Azərbaycan arasında  diplomatik münasibətlərin 1990-cı ildə qurulduğunu və indi də bir çox sahələrdə əməkdaşlığın davam etdiyini deyib.
 
A.Hüseyn bildirib ki, keçirilən tədbirlər ikitərəfli əlaqələrin  inkişafına  böyük təkan verir: "Ölkələrimiz arasında  beynəlxalq,  regional təşkilatlar çərçivəsində dostluq  mövcuddur. Koreya  Respublikası Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ümidvaram ki,  gələcəkdə əməkdaşlığımızın daha da inkişafı istiqamətində  məqsədyönlü fəaliyyət göstəriləcək".
 
Konsert musiqi və rəqs nümayişləri ilə davam etdirilib.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN