AZE | RUS | ENG |

ABŞ Səfirliyi Amerikalı İdman Elçilərinin Azərbaycana səfərini maliyyələşdirir

ABŞ Səfirliyi Amerikalı İdman Elçilərinin Azərbaycana səfərini maliyyələşdirir
Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfirliyi 2019-cu il iyun ayının 16-dan 24-dək Amerika Basketbol İdman elçiləri Kreyq Eşerik və Çini Nvaqbonun Azərbaycana səfərini maliyyələşdirməkdən böyük məmnunluq duyur.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Kaspi.az-a verilən məlumata görə, bu səfər, Azərbaycan Basketbol Federasiyası, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyi ilə birgə Bakıdan kənarda yaşayan 250 gəncin faydalanmasında böyük rol oynayan 12 regional basketbol liqasını inkişaf etdirmək üçün səfirliyin təşkil etdiyi davamlı proqramın bir hissəsidir.

2017-ci ilin avqust ayında Azərbaycanın 12 bölgəsindən 14 basketbol məşqçisi ABŞ Dövlət Departamentinin İdman Diplomatiyası Proqramı tərəfindən dəstəklənən Basketbol İdmanı Elçiləri Proqramı çərçivəsində iki həftəlik Amerikaya səfər etdilər. ABŞ-da olduqları müddət ərzində məşqçilər uşaqlara öz vaxtlarını əyləncəli keçirtməkdə köməklik göstərmək, gənclərin ekstremizmə qarşı mübarizəsi, qadınların səlahiyyətlərini gücləndirilməsi, münaqişələrin qarşısının alınması, sosial inteqrasiyanın inkişaf etdirilməsi və bu kimi cəmiyyət üzləşdiyi müxtəlif məsələlərinin həll etməsi üçün idmandan səmərəli bir vasitə olaraq istifadə edildiyi haqqında daha ətraflı məlumat əldə etmişdirlər.

Azərbaycanda olduqları müddət ərzində Amerikalı məşqçilər Bədən Tərbiyə müəllimləri üçün Gəncədə uğurlu karyeraya aparan liderlik bacarıqlarına idmanın necə kömək etməsi haqqında 40-50 dəqiqəlik seminar keçiriblər. Onlar elecə də 40-50 gənc və onların məşqçiləri üçün Göygöl Olimpik Stadionunda oyun təşkil ediblər.
Nümayəndələr həmçinin 21-23 iyun tarixlərində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında 110 gəncin istirakı ilə 3 günlük Gənclərin Həmrəylik Basketbol Turnirinə qatılacaqlar. Yarışların keçiriləcəyi müddət ərzində məşqçilər gənc iştirakçılarla liderliyin vacibliyi, müxtəlifliyə hörmət haqqında söhbət edib onlara öz basketbol bacarıqlarının inkişaf etdirmələrinə dair köməklik göstərəcəklər.

Çini Nvaqbo və professor Eşerik həm öz həyatlarını, həm də karyeralarını basketbola və məşqçiliyə həsr ediblər.

Çini Nvaqbo basketbol karyerasını Merilend ştatının Lenhem bölgəsində yerləşən Duval orta məktəbində başlamış və daha sonra öz karyerasını Biologiya üzrə bakalavr təhsili aldığı Sirakuz universitetində davam etdirmişdir. Sirakuz universitetindən məzun olduqdan sonrakı 11 il ərzində xanım Çini İspaniya, Çili, Braziliya, Polşa, Portuqaliya və İsrail kimi müxtəlif ölkələrdə peşəkar basketbol ilə məşğul olmuşdur.

O, 4 dəfə "Ən Dəyərli Oyunçu” adını qazanmaqla yanaşı, 2006-cı il Dünya Çempionatında iştirak edərək valideyninin doğma ölkəsi olan Nigeriyanı təmsil etmişdir. Bu yaxınlarda xanım Nvaqbo Milli Basketbol Assosiasiyası (MBA) ilə birlikdə Çində, MBA-ın əsaslı basketbol proqramını daha yaxşı inkişaf etdirməklə məşğul olmuşdur. Bir məşqçi və təlimçi olaraq xanım Nvaqbo, yeni başlayanlardan yüksək səviyyəli mütəxəssislərə qədər çoxlu sayda idmançıya təlim keçmişdir.

Professor Kreyq Eşerik, Georgetown universitetində maliyyə üzrə bakalavr təhsili aldığı müddət ərzində basketbol ilə də məşğul olmuşdur. O, Georgetown universitetinin Hüquq Mərkəzində iki il müddətində basketbol məşqcisinin köməkçisi işləyib. Hüquq fakültəsindən məzun olduqdan sonra professor Eşerik, kişi basketbol komandası üçün Georgetown universitetində tam ştatlı köməkçi məşqçi olaraq 17 il fəaliyyətini davam etdirdikdən sonra o, 1988-ci ildə Seul Olimpiadasında bürünc medal qazanan ABŞ-ın Olimpiya komandasının basketbol məşqçisinin kəməkçisi kimi çalışıb. 1999-cu ildə Corctaun Universitetində basketbol üzrə baş məşqçisi olmuş və komandaya 103 qələbə qazandırmışdır.

Professor Eşerik idman yayımında çalışmış və idmanda media əlaqələri, idman idarəçiliyinin əsasları və məşqçilik sənəti və elmləri üzrə bir sıra dərsliklər yazmışdır. Hal-hazırda o, Corc Meyson Universitetində idman idarəçiliyi üzrə dosent vəzifəsində işləyir.
 










Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056