• şənbə, 27 Aprel, 02:19
  • Baku Bakı 14°C

ABŞ-ın Rusiya və OPEC ölkələrindən neft idxalını dayandırması təklif olunur

19.03.20 15:30 968
ABŞ-ın Rusiya və OPEC ölkələrindən neft idxalını dayandırması təklif olunur
ABŞ-ın Rusiya, Səudiyyə Ərəbistanı və digər OPEC ölkələrindən neft idxalını dayandırması təklif edilir.
AZƏRTACxarici KİV-lərə istinadla xəbər verir ki, ABŞ-da respublikaçı senator Kevin Cramer Birləşmiş Ştatların Prezidenti Donald Trampı tələbatın çox zəif olduğu bir mühitdə enerji bazarlarını pozduğuna görə Rusiya, Səudiyyə Ərəbistanı və digər OPEC ölkələrindən neft idxalını qadağan etməyə çağırıb.
Qeyd edək ki, ABŞ-ın sutkalıq neft idxalı 6,5 milyon barrel civarındadır. Birləşmiş Ştatlar Kanadadan gündəlik 3,8 milyon barrel, Meksikadan 816 min barrel, Səudiyyə Ərəbistanından 425 min barrel, Kolumbiyadan 293 min barrel, Ekvadordan 216 min barrel, İraqdan 169 min barrel, Braziliyadan 174 min barrel, Nigeriyadan isə 68 min barrel neft idxal edir.
Səudiyyə Ərəbistanı, İraq və Nigeriya OPEC-ə üzv ölkələrdir.
banner

Oxşar Xəbərlər