• şənbə, 27 Aprel, 01:59
  • Baku Bakı 14°C

ABŞ-da quşçuluq təsərrüfatında kimyəvi sızma nəticəsində 6 nəfər ölüb

29.01.21 10:30 395
ABŞ-da quşçuluq təsərrüfatında kimyəvi sızma nəticəsində 6 nəfər ölüb
ABŞ-ın Corciya ştatında yerləşən quşçuluq təsərrüfatlarından birində maye azotun sızması nəticəsində azı 6 nəfər dünyasını dəyişib.
APA"Associated Press”ə istinadən xəbər verir ki, 5 nəfər yerindəcə ölüb, daha 1 nəfər isə xəstəxanada vəfat edib.
Hadisə yerinə gələn yanğınsöndürənlərdən 4-ü sızmanın nəticələrinin aradan qaldırılması zamanı yaralanıb. Təxminən, 130 fabrik işçisi təxliyə edilib. Onlar dərhal həkim müayinəsinə cəlb ediliblər.

banner

Oxşar Xəbərlər