• şənbə, 27 Aprel, 06:37
  • Baku Bakı 12°C

ABŞ Azərbaycana 1-ci dərəcə reytinqi verdi

07.03.14 12:55 1254
ABŞ Azərbaycana 1-ci dərəcə reytinqi verdi
ABŞ-ın Azərbaycandakı səfirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu təsnifat Azərbaycanın aviasiya şirkətlərinə Birləşmiş Ştatlara birbaşa uçuşların həyata keçirilməsinə icazə verəcək ki, bu da ölkələrimiz arasında turizmin və yük ticarətinin inkişafını dəstəkləyəcək.
FMAİ müəyyən edib ki, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası (ARDMAA) Beynəlxalq Mülki Aviasiya Təşkilatına üzv ölkə olaraq üzərinə götürdüyü bütün səkkiz həlledici element üzrə təhlükəsizliyə nəzarət öhdəliklərini effektiv şəkildə yerinə yetirir. Bu, FMAİ-in Texniki Təhlil missiyası tərəfindən 2013-cü ilin oktyabr ayında Azərbaycanda həyata keçirilmiş qiymətləndirmə və ARDMAA tərəfindən əldə olunmuş tərəqqinin nəzərdən keçirilməsi məqsədilə ARDMAA ilə birlikdə 2013-cü ilin dekabrında və 2014-cü ilin yanvarında aparılmış hərtərəfli texniki müzakirələrdən sonra müəyyən edilib.
ABŞ-ın Ticarət və İnkişaf Agentliyi 1-ci dərəcə reytinqinin alınmasına səbəb olmuş aviasiya təhlükəsizliyinə nəzarət sahəsində təkmilləşdirilmələrin həyata keçirilməsində ARDMAA-ın fəaliyyətinə töhfə verməkdən məmnunluğunu bildirib. Xüsusilə aviasiya sahəsində texniki yardımın iki mərhələsini maliyyələşdirməklə ABŞ hökuməti aviasiya sisteminə nəzarət sahəsində beynəlxalq standartların tələblərinə cavab verilməsində ARDMAA-ya köməklik göstərməkdə maraqlı olduğunu nümayiş etdirib: “Biz bu təsnifatın əldə olunması istiqamətində ötən bir neçə il ərzində göstərdiyi əzmkar fəaliyyətə, peşəkarlığa və fədakarlığa görə Azərbaycan hökumətini təbrik edirik. ABŞ hökuməti mülki aviasiya sahəsində Azərbaycanla əməkdaşlığını davam etdirəcəyinə ümid edir”.
banner

Oxşar Xəbərlər