AZE | RUS | ENG |

80-dən çox ölkə Azərbaycan məhsullarının tədarükü üçün müraciət edib

80-dən çox ölkə Azərbaycan məhsullarının tədarükü üçün müraciət edib
2018-ci ilin fevral ayında "Azexport" portalı 37,6 milyon dollar həcmində Azərbaycan məhsulunun tədarükü ilə bağlı sifarişlər alıb.

Trend bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiyalar Mərkəzinin hesabatına istinadən məlumat verir.

Ümumilikdə portalın işə düşdüyü 2017-ci ilin yanvarından 2018-ci ilin fevralın 28-dək 81 ölkədən 594,1 milyon dollar dəyərində sifariş qəbul olunub.

Bu ilin ilk iki ayı ərzində sifarişlərin həcminə görə Rusiya liderlik edir. Bütün sifarişlərin 17,8 faizi bu ölkənin payına düşür. Sifarişlərin həcminə görə ölkələr arasında ilk beşlikdə həmçinin ABŞ (7,9 faiz), Türkiyə (5,9 faiz), Ukrayna (5 faiz) və İran (5 faiz) qərarlaşıb.

Fevral ayında ən çox sifariş şərab, təmizlənmiş fındıq, çay, xurma, alma, nar şirəsi, çiyələk, ipək xalça, biyan kökü və zəfəran üçün qəbul olunub.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0037
GEL 1 Gürcü larisi 0.6911
GBP 1 İngilis funt sterlinqi 2.3703
TRY 1 Türk lirəsi 0.4144
KWD 1 Küveyt dinarı 5.6584
SEK 1 İsveç kronu 0.1997
EUR 1 Avro 2.0763
CHF 1 İsveçrə frankı 1.7381
USD 1 ABŞ dolları 1.7000