AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

34 saylı Xətai 2-ci Seçki Dairəsi ilə bağlı şikayət təmin edilmədi

34 saylı Xətai 2-ci Seçki Dairəsi ilə bağlı şikayət təmin edilmədi

Cəmiyyət
23 Fevral 2020, 16:51 550
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar 34 saylı Xətai 2-ci Seçki Dairəsi ilə bağlı müraciətə baxılıb.
Trend-in məlumatına görə, iclasda bildirilib ki, namizəd Baxışov Qəzənfər İsamməd oğlu tərəfindən müraciətdə həmin dairə üzrə bütün seçki məntəqələrində seçki prosesinin pozulduğu iddia edilib.
MSK üzvü Ramiz İbrahimov bildirib ki, şikayət aidiyyəti üzrə dairə seçki komissiyasına göndərilib. MSK tərəfindən aparılan araşdırmalar zamanı şikayətdə göstərilən hallar təsdiqini tapmayıb. R.İbrahimov şikayətin təmin edilməməsini təklif edib. Təkif səsə qoyularaq qəbul edilməyib.
Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Mixail Zabelindir.