• cümə, 26 Aprel, 22:27
  • Baku Bakı 22°C

2023-cü ilədək Azərbaycana turist axını 4 milyonadək arta bilər

04.03.19 16:52 515
2023-cü ilədək Azərbaycana turist axını 4 milyonadək arta bilər
Formula 1 Azərbaycan Qran Prisinin keçirilməsi sayəsində 2023-cü ilədək ölkəyə turist axınının 4 milyon nəfərə qədər artacağı gözlənilir.
Trend-in məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin baş icraçı direktorunun müavini Bəhruz Əsgərov "Formula 1 yarışının keçirilməsinin iqtisadi və sosial faydaları" mövzusunda "dəyirmi masa"da deyib.
B.Əsgərov bildirib ki, bu göstərici "Turizm strategiyası-2023" çərçivəsində nəzərdə tutulub.
Agentlik rəsmisi qeyd edib ki, turizmin inkişafı Azərbaycan dövlət siyasətinin prioritet istiqamətlərindən biridir:
"Bizim qurum Formula 1 Azərbaycan Qran Prisinin təşkilatçıları ilə sıx əməkdaşlıq edir və biz qarşımızda yarış həvəskarlarının ölkədə qalma vaxtını artırmaq tapşırığı qoymuşuq. Məsələ burasındadır ki, Formula 1 həvəskarları Azərbaycanda yarışın keçirildiyi 3-4 gün ərzində olurlar. Biz isə turistlərdə bölgələrimizə səfər etməyə maraq oyatmaq və ölkədə daha çox qalma müddətini artırmaq üçün yeni turizm məhsulları və brendləri üzərində çalışırıq".
banner

Oxşar Xəbərlər