• şənbə, 20 Aprel, 16:07
  • Baku Bakı 23°C

Azərbaycan nefti bahalaşıb

01.10.20 21:07 506
Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 30-da 40,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,42 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 40,41 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,42 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 40,36 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,33 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 40,67 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,52 dollar/barel çoxdur.
banner

Oxşar Xəbərlər