• cümə, 26 Aprel, 17:32
  • Baku Bakı 23°C

Azərbaycan nefti bahalaşıb

11.06.20 12:51 589
Azərbaycan nefti bahalaşıb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 10-da 42,03 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,33 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 41,48 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,37 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 41,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,52 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 40,07 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,42 dollar/barel çoxdur.
banner

Oxşar Xəbərlər