• şənbə, 27 Aprel, 08:27
  • Baku Bakı 12°C

Azərbaycanda avtomobil istehsalı artıb

24.03.20 16:51 1278
Azərbaycanda avtomobil istehsalı artıb
Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 98,3 milyon manatlıq məhsul istehsal edilib.
Trend-in məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 2,5 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 7,0 dəfə artıb.
Yanvar-fevral aylarında 480 ədəd minik avtomobili istehsal olunub, ştanqlı quyu nasoslarının istehsalı 85,0 faiz, mancanaq dəzgahlarının istehsalı 2,2 dəfə artıb.
banner

Oxşar Xəbərlər