Lənkəranda III Çay, Çəltik, Sitrus Festivalı keçiriləcək
18.11.19 18:25
2787
Ta
qədimlərdən payıza bolluq-bərəkət fəsli
deyilib, toy-düyün mağarları bu fəsildə qurulub,bayram yığnaqları ilin
bu çağına salınıb. Ruzinin bol olduğu bu bərəkətli fəslin Lənkəranda öz gözəlliyi var. Mübaliğəsiz deyirəm, payız
dünyanın heç yerində Lənkərandakı
kimi füsunkar , ecazkar deyil.
İnanmırsınız? Gəlin, görün, bu gözəlliyə şahid olub təbiətdən zövq alın,
ürəkdolusu sevinin. Biz lənkəranlılar
diyarımızın min çeçidli
nemətlərini paylaşmağa hazırıq.Cənub
qonaqpərvərliyi, istiqanlığı ifadəsi boş
yerə deyilməyib ki?Dünyanın cənnət mənzərəsini seyr etmək ,nemətlərindən
dadmaq üçün elə bu bazar günü
yolunuzu bizim cənnətməkan - Xan Lənkərandan salsanız , çox
şey qazanaqcaqsınız!...Qızılı payızın qızılı-kəhrəbalı ahəngini,təbiətin
rənglər harmoniyasının sehrini gözlərinizlə görəcək, könlünüzcə olan bir bayrama şahidlik edəcəksiniz.
Yol
boyu görəcəyiniz narıngi, limon
plantasiyalarının kəhrəba sarılığı, sitrus məhsullarının xoş rayihəsi ağzınızı sulandıracq. Narıngi qoxusunun limon
ətrinə qarışdığı bu məkana səfər etməklə
payızın dadını çıxaracaqsınız. Yerli Lənkəran çayından dəmlənmiş məxməri çayı da bayram günü sizlərdən kimsə əsirgəməz.Çəltik
biçini başa çatdığından, yerli düyülərdən bişirilmiş növbənöv plovlar da
festivalın bayram süfrəsini bəzəyəcək. Arif
olsanız ətrindən bilərsiniz ki,
daddığınız plovların hansı "Sədri”, hansı "Haşimi”, hansı "Akulə”
düyüsündən bişirilib.
Bu
il şükürlər ki, hər sahədə bolluqdur. Yaradan bərəkət süfrəsini bu diyarda
sərib.Çəltik məhsulu da boldur, yaşıl çay da, sitrus da. Barın ağırlığından
yerə baş qoyan meyvə ağaclarını görəndə ixtiyarsız "maşallah” deyəcəksiniz...
Bayram gününü bayram ovqatında keçirmək
istəyənlər,noyabrın 24-də Lənkəran Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf”
İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək ənənəvi "III Çay, Çəltik, Sitrus Festivalı”nı
qaçırmayın! Səhər saatlarında şəhərin Heydər Əliyev xatirə parkından
başlayacaq festivalın ötən illərdə
olduğu kimi günboyu davam edəcək.
Tədbirin
təçkilatçıları qonaqlara, iştirakçılara maraqlı,rəngarəng bayram
tədbiri vəd edir.Bayramın
proqramı ilə tanış olun:Azərbaycanın
dövlət atributları və Lənkəranın simvolunu əks etdirən fotostendlərlə bəzədiləcək
parkda "Çayımızın dadı var”, "Süfrələrin bəzəyi - Lənkəranın düyüsü”, "Sitrus
bağlarının möcüzəsi”, "Gözəlliyi damla-damla topladıq”, "Qonaq evin
ruzi-bərəkətini artırar” "Lənkəranın şirnisi-ağız dadımız”, "Cənnət görmək
istəyən Lənkərana gəlsin” və digər pavilyonlar quraşdırılacaq, bəzəkli
vitrinlərdə Lənkəranda istehsal olunan çay, çəltik, sitrus, digər növ ərzaq və
sənaye məhsulları, xalq sənətkarlığı nümunələri nümayiş etdiriləcək, yerli
müəssisələr, fermerlər, turizm obyektləri tərəfindən iştirakçılar üçün təbii
çay və müxtəlif şirniyyatlardan, çərəzlərdən ibarət çay dəstgahı təşkil
olunacaq. Bundan başqa festival iştirakçılarına rayonun ən bacarıqlı və
təcrübəli aşpazlarının yüksək keyfiyyətli yerli düyü sortları olan "Haşimi”,
"Sədri”, "Appolla” "Campo” və s. düyülərindən bişirdikləri 50 növdən çox plov,
eyni zamanda Lənkəran mətbəxinin məşhur ləvəngisindən hazırlanmış xörəklər və
müxtəlif çeşidli kabablar təqdim olunacaq.
Yeri
gəlmişkən, cənub mətbəxinin ləziz-dadlı
təamlarından olan çöl quşlarından
hazırlanmış çölmək kabablarını da
festival günü dadmaq şansınız
olacaq.Bu şansı qaçırmayın, bu bayramı qaçırmayın!Əsl bayram, payız ovqatına
köklənmək,maraqlı,qeyri-adi bazar günü keçirmək istəyirsinizsə,dünyanın ən
dilbər güşəsi, ən qonaqpərvər məkanı olan Xan Lənkərana gəlin,festivalımıza
qatılın. Bazar gününü,24 noyabr tarixini
ömrünüzün payız nağılına çevirin! Gözləyirik!