Elektron qaimə-faktura və vergi hesab-fakturaları birləşdiriləcək

Elektron qaimə-faktura və vergi hesab-fakturaları birləşdiriləcək

İqtisadiyyat
14 İyun 2019, 14:45 276
Vergilər Nazirliyi yaxın gələcəkdə elektron qaimə-fakturalarla vergi hesab-fakturalarının vahid sənəd halında birləşdirməyi nəzərdə tutur. Bu yenilik reallaşdıqdan sonra elektron qaimə-fakturaların üzərində "Elektron vergi hesab-fakturası” yazılmayacaq.
Nazirliyin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, elektron qaimə-fakturalarla vergi hesab-fakturalarının birləşdirilməsi təşəbbüsü sahibkarlarla keçirilən görüşlərin nəticəsində ortaya çıxıb. Həmin təkliflərin artıq bir qismi nəzərə alınıb və texniki sifarişlər əsasında elektron qaimə-fakturaların təkmilləşdirilməsi həyata keçirilir.
Qeyd olunub ki, növbəti illərdə elektron qaimə-faktura və elektron vergi hesab-fakturalarının birləşdirilməsi ilə yanaşı, elektron qaimə-fakturaların fəaliyyət növləri üzrə fəqləndirilməsi də nəzərdə tutulur.