Neftin qiyməti bahalaşır

Neftin qiyməti bahalaşır

İqtisadiyyat
13 İyun 2019, 12:00 209
Dünya birjalarında neftin qiyməti bahalaşıb.
AZƏRTAC xəbər verir ki, Londonun ICE ("InterContinental Exchange Futures”) birjasında "Brent” markalı neftin bir barrelinin qiyməti 0,69 dollar artaraq 60,66 dollar, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Light” markalı neftin bir barrelinin qiyməti isə 0,34 dollar bahalaşaraq 51,48 dollar təşkil edib.