• şənbə, 27 Aprel, 06:00
  • Baku Bakı 12°C

Gürcüstanın Azərbaycana 7,4 milyon dollar borcu var

16.04.19 10:22 449
Gürcüstanın Azərbaycana 7,4 milyon dollar borcu var
Cari ilin yanvar–mart aylarında Gürcüstanın ümumi xarici dövlət borcu 5 milyard 388, 974 milyon ABŞ dollar təşkil edib. Borcun 5 milyard 222, 384 milyon dolları hökumətin payına düşür.
AZƏRTACxəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında məlumat verilib.
Məlumatda bildirilir ki, Gürcüstanın Azərbaycana borcu dəyişməyib. Bu il aprelin 1-nə olan məlumata görə, Gürcüstanın Azərbaycana borcu 7 milyon 435 min dollar təşkil edib.
Gürcüstanın ən çox borcu Almaniyayadır – 320 milyon 233 min dollar. İkinci yerdə 248 milyon 481 min dollarla Fransa, üçüncü yerdə isə 212 milyon 609 min dollarla Yaponiya qərarlaşıb.
banner

Oxşar Xəbərlər