• cümə, 26 Aprel, 17:39
  • Baku Bakı 23°C

Bu il Azərbaycana avtomobil idxalı 3 dəfə artıb

12.07.18 13:15 494
Bu il Azərbaycana avtomobil idxalı 3 dəfə artıb
Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycana ümumilikdə 9 588 ədəd avtomobil idxal olunub.

"APA-Economics"Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, 2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 6 105 ədəd və ya 2,75 dəfə artıb.

Ölkəyə gətirilən avtomobillərin 60 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 8 485 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 978 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 65 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.
banner

Oxşar Xəbərlər