• çərşənbə, 08 May, 20:12
  • Baku Bakı 18°C

DİN vətəndaşlara müraciət edib

12.06.18 18:18 808
DİN vətəndaşlara müraciət edib
Daxili İşlər Nazirliyivətəndaşlara müraciət edib.

APA-nın məlumatına görə,Daxili İşlər Nazirliyinəqliyyat vasitələri sahiblərinin nəzərinə çatdırır ki, xüsusiləhavanın qaranlıq vaxtı avtomobillərini parklayarkən, o cümlədən qısa müddətdə tərk edərkən, eləcə də, avtoyuma yerlərində və təmir sexlərində saxlayarkən salonda nəzarətsiz qalan qiymətli əşyalar, sənədlər bəzi zəif iradəli, kriminala meyilli şəxslər tərəfindən oğurlana bilər.

"Belə halların qarşısının alınması üçün sürücülərə tövsiyə olunur ki, pul, telefon və digər qiymətli əşyaları, şəxsi sənədləri avtomobili tərk edərkən özləri ilə götürsünlər və mümkün qədər nəqliyyat vasitələrini diqqətdən və nəzarətdən kənar ərazilərdə deyil, Təhlükəsiz Şəhər kameralarının əhatə və görüntü dairəsində, küçə və həyətlərin işıqlı ərazilərində saxlasınlar", - deyə məlumatda bildirilir.
banner

Oxşar Xəbərlər