• şənbə, 27 Aprel, 00:42
  • Baku Bakı 14°C

Neft bahalaşır

01.12.17 09:25 1342
Neft bahalaşır
Dünya birjalarında neftin qiyməti artıb.
"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,21 dollar və ya 0,37% artaraq 57,61 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,27 dollar və ya 0,43% artaraq 62,90 dollar olub.
Qeyd edək ki, ötən gün Avstriyanın paytaxtı Vyanada OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilata üzv və qeyri-üzv dövlətlərin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı razılıq əldə olunub.
Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 mln. barrel azaldılaraq 32,5 mln. barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb.
banner

Oxşar Xəbərlər