• cümə, 26 Aprel, 12:30
  • Baku Bakı 23°C

2017-ci ildə Azərbaycanda gündəlik neft hasilatı 729 barel olub

08.06.18 13:18 720
2017-ci ildə Azərbaycanda gündəlik neft hasilatı 729 barel olub
2017-ci ildə Azərbaycanda gündəlik neft hasilatı 729 barel təşkil edib.
"APA-Economics”in məlumatına görə, bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) illik hesabatında deyilir.
Hesabata əsasən, 2016-cı illə müqayisədə ölkəmizdə gündəlik hasilat 41 barel və ya 5,32% azalıb. Xatırladaq ki, 2016-cı ildə Azərbaycanda gündəlik hasilatın həcmi 770 barel təşkil edib.
2017-ci ildə dünyada ümumi gündəlik hasilatın həcmi 74686 barel olub. Bu, daha əvvəlki 2016-cı ilin göstəriciləri ilə müqayisədə 701 barel və ya 93% azdır.
2017-ci ilin sonuna olan məlumata görə, Xəzəryanı ölkələrdən İranda gündəlik hasilatın həcmi 3867 barel, Rusiyada gündəlik hasilatın həcmi 10349 barel, Qazaxıstanda gündəlik hasilatın həcmi 1467 barel, Türkmənistanda isə gündəlik hasilatın həcmi 181 barel təşkil edir.
Qeyd edək ki, dünyada hasilatın həcminə görə Rusiya birinci yeri tutur. İkinci yerdə Səudiyyə Ərəbistanı durur. Onun gündəlik hasilatı barel təşkil edir. Üçüncü yerdə gündəlik 9355 barel hasilatla ABŞ qərarlaşıb.
banner

Oxşar Xəbərlər