• şənbə, 27 Aprel, 02:04
  • Baku Bakı 14°C

Manat əksər xarici valyutalara qarşı bahalaşıb

13.10.16 09:39 843
Manat əksər xarici valyutalara qarşı bahalaşıb
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 12-si ilə müqayisədə dəyişməyərək 1,5986 manat təşkil edib.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,31% zəifləyərək 1,7609 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 12-si ilə müqayisədə 01,17% ucuzlaşaraq 0,0253 manat səviyyəsinə enib.

Türkiyə lirəsinin məzənnəsi isə 0,3% ucuzlaşaraq 0,5174 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9482 manatdır. Beləliklə, funt sterlinq 1%-lik ucuzlaşma nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi 0,42% ucuzlaşaraq 0,6774 manat təşkil edib.
banner

Oxşar Xəbərlər