• cümə, 26 Aprel, 16:25
  • Baku Bakı 23°C

Manatın bahalaşması davam edir

12.10.16 11:39 1209
Manatın bahalaşması davam edir
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 11-i ilə müqayisədə 0,12% azalaraq 1,5986 manat təşkil edib.
Avro da manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 1% zəifləyərək 1,7663 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 11-i ilə müqayisədə 0,78% ucuzlaşaraq 0,0256 manat səviyyəsinə enib.
Türkiyə lirəsinin məzənnəsi isə 0,31% ucuzlaşaraq 0,5189 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9652 manatdır. Beləliklə, funt sterlinq 0,36%-lik ucuzlaşma nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi 0,34% ucuzlaşaraq 0,6803 manat təşkil edib.
banner

Oxşar Xəbərlər